Xəzər Xəbər

Sabirabadda GÖZLƏNİLMƏZ QƏZA: evinin qarşısında kişini...

Hadisə | 12:41 • 2 Noyabr 2018
Sabirabadda GÖZLƏNİLMƏZ QƏZA:

Axşam saatlarında Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, rayonun Suqovuşan kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yaşadığı evin qarşısında 1981-ci il təvəllüdlü yerli sakin İsmayılov Bəxtiyar Səfər oğlunu vurub.

Avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Xəbər lenti