Xəzər Xəbər

Ata oğlan gözləyirdi, qızı oldu Körpəni uçurumdan aşağı atdı

Hadisə | 12:30 • 2 Noyabr 2018
Ata oğlan gözləyirdi, qızı oldu

Hadisə Çində baş verib

Uşaq gözləyən ata anadan olan uşağının qız olduğunu bildikdən sonra uşağı neylon torbaya qoyub və qayalıq bir yerdə uçurumdan aşağı atıb.

Hadisə Çində baş verib.

Xəstəxana əməkdaşları doğumdan sonra körpənin yerində olmadığını görüblər. Bu haqda onlar polisə bildiriblər.

Polis adı Li olaraq açıqlanan atanın öz uşağını qaçırdığından şübhələnib. Sorğuya alınan ata qızını qayalıq bir yerə çıxararaq aşağı atdığını etiraf edib.

Axtarış zamanı yeni doğulan körpə bir ağacın budaqlarına asılı halda sağ olaraq tapılıb.

Körpə anasına təslim edilib, ata isə həbsxanaya göndərilib.

O, dindirilmə zamanı polisə bildirib ki, oğlan uşağı gözləyirmiş, ancaq qız doğulduqda hirsindən bu addımı atıb.

AzNews.az

Xəbər lenti