Xəzər Xəbər

Avtomobil 24 yaşlı qadını vurdu Sürücü qaçıb

Hadisə | 12:11 • 2 Noyabr 2018
Avtomobil 24 yaşlı qadını vurdu

Diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Hicran qızı Əhmədovanı naməlum avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, A.Əhmədovaya baş-beyin silkələnməsi, alının cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub və vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti