Xəzər Xəbər

Azərbaycanda insanlığa yaraşmayan hadisə Maşınla vurub meyitini yol kənarına atdılar

Hadisə | 11:56 • 2 Noyabr 2018
Azərbaycanda insanlığa yaraşmayan hadisə

Şəmkir rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.

Ötən gecə rayonun Kür qəsəbəsində, yolun kənarında tapılan meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Məlum olub ki, ölən şəxs, Şəmkir rayon sakini, 1978-ci il təvəllüdlü Səfərov Zahid İbrahim oğludur. Müayinə zamanı onun bədənində xəsarət izləri olduğu da məlum olub.

İlkin ehtimallara görə, Z.Səfərov avtomobil vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti