Xəzər Xəbər

İcazəsiz ova cəhd edən şəxs cərimələnib

Hadisə | 09:40 • 2 Noyabr 2018
İcazəsiz ova cəhd edən şəxs cərimələnib
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Hacıqabul rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Xəbər lenti