Xəzər Xəbər

Qazaxda ağır qəza: Ata öldü, qızı yaralandı

Hadisə | 14:05 • 31 Oktyabr 2018
Qazaxda ağır qəza: Ata öldü, qızı yaralandı
Qazax rayonunun Daş Salahlı kəndi ərazisində iki "VAZ” markalı avtomobil toqquşub.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 30-da saat 11 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri iki "VAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı xəstəxanaya yerləşdirilib, H.Osmanov orada ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti