Xəzər Xəbər

Bakıda kömürləşmiş meyiti tapılan şəxs kimdir? ADI AÇIQLANDI

Hadisə | 12:09 • 31 Oktyabr 2018
Bakıda kömürləşmiş meyiti tapılan şəxs kimdir?

Oktyabrın 30-na keçən gecə Sabunçu rayonu Balaxanı qəsəbəsi Milli Ordu küçəsində yerləşən taxta sexində yanmış meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Əldə etdiyi məlumata görə ümumi sahəsi 1000 kv.m olan tikilinin istirahət otağının yanması nəticəsində kəskin kömürləşməyə məruz meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü Məmmədov Emil Elman oğlu olması müəyyənləşib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdiriləcək./publika.az

Xəbər lenti