Xəzər Xəbər

Günahsız yerə 13 ay həbsdə qaldı

Hadisə | 11:59 • 31 Oktyabr 2018
Günahsız yerə 13 ay həbsdə qaldı

Şübhəli bilinən şəxs ona qarşı rəsmi ittiham irəli sürülmədiyi halda 13 ay həbsxanada qalıb.

Tramp Administrasiyası İŞİD terror təşkilatına mənsubiyyətdə ittiham olunaraq həbs edilən ABŞ vətəndaşını azadlığa buraxıb.

Şübhəli bilinən ekstremistin saxlanılması faktı Amerika cəmiyyətində ölkə vətəndaşlarının azadlığından tutmuş hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılması kimi bir çox məsələləri gündəmə gətirib.

Şəxsiyyəti açıqlanmayan bu vətəndaşın adı məhkəmə sənədlərində "Con Dou” olaraq qeyd edilib. Məhkəmədə onu təmsil edən Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqının (ACLU) verdiyi bəyanatda deyilir ki, şübhəli bilinən şəxsin yeri hökumətlə olan məxfi razılığa əsasən, elan edilməməlidir. Lakin "The New York Times” qəzetinin yaydığı xəbərə görə, ABŞ hökumətinin rəsmi nümayəndəsi onun həyat yoldaşı və qızı ilə birgə yaşadığı Bəhreyndə azadlığa buraxıldığını təsdiq edib.(AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti