Xəzər Xəbər

Bakıda hamamda qadının meyiti tapıldı – CİNAYƏT İŞİ AÇILDI

Hadisə | 15:56 • 30 Oktyabr 2018
Bakıda hamamda qadının meyiti tapıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, dünən gecə saatlarında Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən mənzilin hamam otağından həmin evdə yaşayan Nemətova Mixayət İmran qızının meyiti tapılıb. İlkin olaraq bildirilib ki, qadın dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xəbər lenti