Xəzər Xəbər

Bakıda qaz xəttinin çəkilişi zamanı bədbəxt hadisə: "Azəriqaz" əməkdaşı xəsarət aldı

Hadisə | 14:12 • 30 Oktyabr 2018
Bakıda qaz xəttinin çəkilişi zamanı bədbəxt hadisə:

Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.

Hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır. (trend)

Xəbər lenti