Xəzər Xəbər

Bakıda dəhşətli hadisə: Kişini evindən çağırıb Qobuya apararaq...

Hadisə | 13:32 • 30 Oktyabr 2018
Bakıda dəhşətli hadisə:

Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Bakı şəhər sakini C.Salmanovun M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə 2 nəfər gəlib. Onlar C.Salmanovu həyətə çağırıb, döyüblər.

Daha sonra onu "Niva” markalı avtomobildə Qobu qəsəbəsində bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb ediblər.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib.

Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır./teleqraf

Xəbər lenti