Xəzər Xəbər

Üzünə botoks etdirən ərini döydü

Hadisə | 10:02 • 30 Oktyabr 2018
Üzünə botoks etdirən ərini döydü

İstanbulda üzünə botoks etdirən kişi döyülüb.

Ərinin ondan xəbərsiz botoks etdirdiyini görən qadın, ərini döyərək, xəsarət yetirib. Kişinin sözlərinə görə, qadın onu döyərkən küçə söyüşləri ilə təhqir edib. 40 yaşlı kişi xəstəxanaya müraciət edərək, fiziki təzyiq gördüyünə dair arayış alıb və həyat yoldaşından polisə şikayət edib. Qadın polislər tərəfindən saxlanılıb və ərini döydüyünü boynuna alıb.

Faktla bağlı araşdırma gedir.

Xəbər lenti