Xəzər Xəbər

Bakıda sexdən yanmış meyit tapılıb

Hadisə | 09:18 • 30 Oktyabr 2018
Bakıda sexdən yanmış meyit tapılıb
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti