Xəzər Xəbər

Qırmızı kitaba düşən quşu ovladılar

Hadisə | 15:27 • 29 Oktyabr 2018
Qırmızı kitaba düşən quşu ovladılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Hacıqabul və Biləsuvar rayonlarında qanunsuz ov edənləri saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları "Qırmızı Kitab”a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb. Təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyən olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti