Xəzər Xəbər

Bakıda yeni ailə quran 19 yaşlı gəlini əri alçaltdı HƏYATINA QƏSD ETDİ

Hadisə | 14:55 • 29 Oktyabr 2018
Bakıda yeni ailə quran 19 yaşlı gəlini əri alçaltdı

Bakıda 19 yaşlı qız intihara cəhd edib.


XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu uil təvəllüdlü Sevil Məmmədova (adlar şərtidir) Bakı şəhər Nizami rayonu Nəsimi küçsində kirayə yaşadığı mənzildə damarlarını doğrayıb. Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.


Polisə ifadə verən 19 yaşlı qız deyib ki, həyat yoldaşı şəhriyar Məmmədov mütəmadi olaraq onu alçaldaraq işgəncə verir. Bu səbbədən də həyatına son qoymaq qərarına gəlib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti