Xəzər Xəbər

Saç kreminin içindən heroin çıxdı

Hadisə | 12:18 • 25 Oktyabr 2018
Saç kreminin içindən heroin çıxdı
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar” gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus sellofan torbada gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.


Lakin həmin şəxsin əl yükünün yoxlanması zamanı sellofan torbadakı müxtəlif ərzaq və şirniyyatın yanında, saç kremi qutusunun içərisində kremə qarışmış və gömrük nəzarətindən gizlədilmiş halda 2 ədəd büküm aşkarlanıb.
Həmin bükümlərdə isə xalis çəkisi 100,565 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 10,050 qram olan xırda kristal şəklində psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti