Xəzər Xəbər

Bakıda 18 yaşlı gəlin itkin düşüb

Hadisə | 09:34 • 24 Oktyabr 2018
Bakıda 18 yaşlı gəlin itkin düşüb

Bakıda gəlin itkin düşüb.


Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.


Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla birlikdə yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əsədullayeva Gülnarə Atabala qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.


Faktla bağlı polis araşdırmalara başlayıb. (Trend)

Xəbər lenti