Xəzər Xəbər

Maşının şüşəsini qırıb pal-paltarı oğurladılar

Hadisə | 14:07 • 23 Oktyabr 2018
Maşının şüşəsini qırıb pal-paltarı oğurladılar
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

XəzərXəbər DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində "KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rizvan Quliyev və T.Mustafazadə saxlanılıblar.

Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun "Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib.

21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun "VAZ-2104” markalı avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur İbrahimov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurinin ətrafında 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-də Bülbül prospektində Lənkəran rayon sakini E.Həsənzadənin "Daewoo” markalı avtomobilindən mobil telefon oğurlaması da müəyyən edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti