Xəzər Xəbər

Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub

Hadisə | 11:40 • 22 Oktyabr 2018
Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub

Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirib.


30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən A.Çesnakov saxlanılıb.

Xəbər lenti