Xəzər Xəbər

Gəmidə zəhərlənən 3 İran vətəndaşı ölüb - Nazirlik

Hadisə | 09:46 • 19 Oktyabr 2018
Gəmidə zəhərlənən 3 İran vətəndaşı ölüb - Nazirlik
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Elvin Hacıyev bildirib ki, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat ediblər:

"Ölənlərin üçün İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir. Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. O, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.

Xəbər lenti