Xəzər Xəbər

İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək 8 aylıq uşağını oğurladılar

Hadisə | 14:42 • 18 Oktyabr 2018
İnanılmaz vəhşilik:

Braziliyanın cənub-şərqindəki Joao Pinheiro şəhərində, bir ağaca tikanlı tellərlə bağlanan gənc qadının qarnı kəsilərək səkkiz aylıq uşağı oğurlanıb.


XəzərXəbər Milli.Az-a istinadən xəbər verir ki, 23 yaşlı Mara Kristiana da Silva bir ağaca bağlanaraq, qarnı bıçaqla kəsilib.


Tükürpədən olaydan sonra polis əməkdaşları gənc qadının cəsədini yol kənarında ağaca bağlanmış halda tapıblar.


Ana olmağa hazırlaşan qadını oğurlayıb öldürən və uşağını oğurlayanların kimlikləri məlum olub. Onlar, Angelina Rodrigues və əri Roberto Qomes da Silvadır.


Mara Kristiananı öldürən Angelina Rodrigues qucağında uşaqla Sao Lucasdakı bir xəstəxanaya tələsib, yeni doğuş edildiyini deyərək həkimlərdən kömək istəyib.


Ancaq bir gün sonra, cəsədin tapılmasından sonra araşdırmaya başlayan polis qısa zamanda həqiqəti üzə çıxarıb. Qatil qadın polisə bütün etdiklərini etiraf edib.


Polis qətl zamanı Angelina Rodrigue və ərinin yanında üçüncü bir şəxsin də olduğunu təxmin edir.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti