Xəzər Xəbər

Ermənistanda qəza: Bir ailə məhv oldu

Hadisə | 11:05 • 17 Oktyabr 2018
Ermənistanda qəza: Bir ailə məhv oldu
Ermənistanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə İrəvan-Meqri yolunda qeydə alınıb. Belə ki, "VAZ-2107” markalı maşınla İran dövlət qeydiyyat nişanı olan yük avtomobili toqquşub. Qəza nəticəsində "VAZ-2107”də olan üç nəfər ölüb.

Ölənlər bir ailənin üzvüür. Onlardan biri azyaşlı uşaqdır. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır./azvision.az

Xəbər lenti