Xəzər Xəbər

Hacıqabulda qoyun oğrusu saxlanıldı

Hadisə | 09:48 • 17 Oktyabr 2018
Hacıqabulda qoyun oğrusu saxlanıldı

Hacıqabulda qoyun oğrusu saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, cari il oktyabrın 14-də Hacıqabul rayon sakini Rafail Rzayev RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evin bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Dindirilmə zamanı V.Qasımov törətdiyi cinayət əməlini etiraf edib.

Oğurladığı qoyunlar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti