Xəzər Xəbər

Xaçmazda yol qəzası: “Kamaz” ilə “VAZ” toqquşub

Hadisə | 09:14 • 17 Oktyabr 2018
Xaçmazda yol qəzası: “Kamaz” ilə “VAZ” toqquşub
Xaçmaz rayonunda yol qəzasıbaş verib. 


XəzərXəbər-in FHN-dən aldığı məlumata əsasən, Xaçmaz rayonunda "Kamaz” markalı yük avtomobilinin "VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Əməliyyat başa çatıb.

Xəbər lenti