Xəzər Xəbər

Bakıda dəhşətli mənzərə yaşandı, evdə insan sür-sümüyü tapıldı

Hadisə | 15:18 • 16 Oktyabr 2018
Bakıda dəhşətli mənzərə yaşandı, evdə insan sür-sümüyü tapıldı

87 yaşlı Mərdəkan sakininin skeleti Şüvəlana necə gedib çıxıb?

Bakıda yaşlı kişinin skeleti tapılıb. Bu barədə Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Xəzər RPİ-nin 1-ci polis bölməsinin ərazisində, Şüvəlan qəsəbəsində fəhlələr dəhşətli halla üzləşiblər. Almaz Yıldırım küçəsində işləyən fəhlələr köhnə qanunsuz tikilini sökməyə hazırlaşarkən, içəridə kişi skeletinə rast gəliblər. Patoloqoanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, kişi, təqribən 3 ay əvvəl ölüb.

Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsinin sakini, 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb. Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır.Sputnik Azərbaycan

Xəbər lenti