Xəzər Xəbər

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirilib

Hadisə | 11:16 • 15 Oktyabr 2018
Gömrükdə 240 ədəd mobil telefon ələ keçirilib
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi "Toyoto Prado” markalı avtomobil saxlanılıb.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı "Toyoto Prado” markalı avtomobilin ön tarpedasının içindən və yük yerinin qapısının örtüyünün altından 20 ədəd üzərində "X-inova 360” yazısı olan, 24 ədəd üzərində "X-inova T210” yazısı olan, 5 ədəd üzərində "X-inova 216” yazısı olan, 23 ədəd üzərində "ETEL-E6” yazısı olan, 21 ədəd üzərində "D-Horse” yazısı olan, 20 ədəd üzərində "Kgtel” yazısı olan, 9 ədəd üzərində "odscn X2-O2” yazısı olan, 15 ədəd üzərində "Etel-e1” yazısı olan, 15 ədəd üzərində "Rivoco-V6” yazısı olan, 15 ədəd üzərində "Rise-D600” yazısı olan, 15 ədəd üzərində "Rise –T10” yazısı olan, 4 ədəd üzərində "Kibosun” yazısı olan, 15 ədəd üzərində "B-oker” yazısı olan, 4 ədəd üzərində "odscn 6700” yazısı olan, 6 ədəd üzərində "Kgtel-K349” yazısı olan, 21ədəd üzərində "X-inova 1207T” yazısı olan, 1 ədəd üzərində "ETEL-E10” yazısı olan, 6 ədəd üzərində "X-PO-X6” yazısı olan,1 ədəd üzərində "kufly-k 2000” yazısı olan, ümumilikdə 240 ədəd mobil telefonlar və 2 ədəd telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti