Xəzər Xəbər

18 yaşlı oğlanı dostu güllələyib - Təfərrüat

Hadisə | 13:18 • 14 Oktyabr 2018
18 yaşlı oğlanı dostu güllələyib - Təfərrüat
18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyibmiş.

Oktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub

Araşdırma nəticəsində Mahir Şıxəliyevi dostu, 2003-cü il təvəllüdlü Elçin Gülbaba oğlu Bağırovun ehtiyyatsızlıqdan güllələdiyi müəyyənləşib.

Belə ki, mərhum ovladığı quşları bişirən zaman dostuna bildirib ki, tüfəngi ona gətirsin. E. Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib, atəş açılıb. Nəticədə, güllə Şıxəliyevin sağ tərəfdən sifət nahiyyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada ölüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(qafqazinfo.az)

Xəbər lenti