Xəzər Xəbər

Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb - Nazirlik

Hadisə | 11:24 • 14 Oktyabr 2018
Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb - Nazirlik
"Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan verilən son məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

Xəbər lenti