Xəzər Xəbər

Bakıda avtobus qəza törətdi, ölən var

Hadisə | 14:48 • 13 Oktyabr 2018
Bakıda avtobus qəza törətdi, ölən var

Oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Saməddin Cəfərov idarə etdiyi, 208 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı avtobusu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN” markalı yük avtomobilinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəticədə "Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində həlak olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti