Xəzər Xəbər

Ötən gün yol qəzalarda 2 nəfər ölüb, 9-u xəsarət alıb

Hadisə | 12:09 • 13 Oktyabr 2018
Ötən gün yol qəzalarda 2 nəfər ölüb, 9-u xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 106 cinayət faktından 18-nin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə, ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Xəbər lenti