Xəzər Xəbər

Türkiyədə azərbaycanlı iş adamına "şok" yaşadıblar

Hadisə | 17:04 • 11 Oktyabr 2018
Türkiyədə azərbaycanlı iş adamına "şok" yaşadıblar

"İnsanın ağlına hər şey gəlir, amma mən pulu qəpiyinə qədər ona qaytardım"

Türkiyədə taksi sürücüsü azərbaycanlı iş adamı Tahir Məmmədovun avtomobildə unutduğu 10 min dollarını ona qaytarıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Belə ki, T.Məmmədov İstanbulda Yenibosna deyilən ərazidə "Uber"-dən taksi sifariş edib. Amma avtobildən düşərkən pencəyini və 10 min dollar pulunu avtomobildə unudub.

Sürücü həmin tətbiq vasitəsilə iş adamı ilə əlaqə yaradaraq görüşüb, pencəyini və pulunu ona verib. "İnsanın ağlına hər şey gəlir, amma mən pulu qəpiyinə qədər ona qaytardım"— deyə sürücü bildirib.

İş adamı isə öz növbəsində sürücüyə minnətdarlıq edib və belə insanların hələ də var olduğu üçün sevindiyini qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti