Xəzər Xəbər

Bank hesablarının qənimi yaxalandı

Hadisə | 15:05 • 11 Oktyabr 2018
Bank hesablarının qənimi yaxalandı
Vətəndaşların bank hesablarından pul çıxaran şəxs həbs olunub.

XəzərXəbər DİN-nə istinadən xəbər verir ki, oktyabrın 10-da Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha 1 qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi də müəyyən edilib.

Mingəçevir ŞPŞ-də araşdıma aparılır.

Xəbər lenti