Xəzər Xəbər

Yerusəlim adının yazıldığı qədim sütun tapıldı

Hadisə | 14:26 • 11 Oktyabr 2018
Yerusəlim adının yazıldığı qədim sütun tapıldı
İsraildə üzərində Yerusəlim yazılmış daş sütun tapılıb.

Kitabə bizim eranın I əsrinə aiddir.

Sütunun üzərində yazılıb: "Xananiya, Yerusəlimdən olan Dadalosun oğlu”.

Xananiyanın kimliyi dəqiq məlum deyil.

Bu, Yerusəlimin adının bütöv yazıldığı, bizim eranın əvvəlinə aid yeganə daş yazıdır. Bundan əvvəl oxşar yazı Böyük Qiyam (bizim eranın 66-70-ci illəri) zamanına aid sikkədə aşkarlanıb. Hətta Yerusəlim adının 660 dəfə çəkildiyi Bibliyada belə şəhərin bütöv adı cəmi 5 dəfə qeyd olunub.

AzNews.az

Xəbər lenti