Xəzər Xəbər

Həbsxanaya “Metandienon” keçirmək istədi

Hadisə | 14:16 • 11 Oktyabr 2018
Həbsxanaya “Metandienon” keçirmək istədi
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.


Xidmətdən XəzərXəbər-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmzəyev Seymur Bəyverdi oğluna qardaşı Fizuli rayon sakini Behbudov Yasin Müslüm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici "Metandienon” həbi və 2 ədəd "Sustanon” adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti