Xəzər Xəbər

İrandan Azərbaycana narkotik keçirmək istəyən 3 nəfər saxlanılıb - FOTO

Hadisə | 10:09 • 11 Oktyabr 2018
İrandan Azərbaycana narkotik keçirmək istəyən 3 nəfər saxlanılıb -

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən xezerxeber.az-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanıl­ıblar.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticə­sin­də cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beylə­qan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəy­yənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti