Xəzər Xəbər

Tətil düşərgəsində faciə - 5 nəfər həyatını itirdi

Hadisə | 14:25 • 10 Oktyabr 2018
Tətil düşərgəsində faciə - 5 nəfər həyatını itirdi
İspaniyada yerləşən tətil düşərgəsində fəlakət baş verib.

İspaniyanın məşhur tətil mərkəzlərindən olan Mallorkada gecə yarısı baş vermiş sel beş nəfərin ölümünə səbəb olub.

Dünyasını dəyişənlər arasında taksi ilə səyahət edən iki ingilis turist də var, onların sürücülərindən də xəbər alınmayıb.

Sosial mediadakı paylaşımlardan bəlli olur ki, sel küçələri viran qoyub, özü ilə birlikdə maşınları da sürüyüb.
Hətta sakinlər evlərini su basdığına görə dama çıxıblar.

İspaniya ordusu çoxsaylı xilasetmə qruplarını və axtarış itlərini Mallorkaya göndərib.

AzNews.az

Xəbər lenti