Xəzər Xəbər

Xırdalanda ağır qəza baş verib - avtomobil dəmir arakəsməyə girdi - VİDEO

Hadisə | 10:24 • 10 Oktyabr 2018
Xırdalanda ağır qəza baş verib - avtomobil dəmir arakəsməyə girdi -

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında Xırdalan şəhəri yaxınlığında qeydə alınıb.

99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil qəfil idarəetməni itirərək dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil dəmir arakəsməni dağıdıb.

Xəsarət alanların olduğu bildirilir.

11:10

"Report"un məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan99-RA-025 dövlət nömrə nişanlı,"Hyundai-Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsininDövlətYolPolisiŞöbəsininəməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə,Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır.




Xəbər lenti