Xəzər Xəbər

Şamaxıda torpaq sürüşməsi aktivləşdi

Hadisə | 17:08 • 8 Oktyabr 2018
Şamaxıda torpaq sürüşməsi aktivləşdi
Təkrar yaşanan uçqun aparılan işə mane olur.

Şamaxıda torpaq sürüşməsi qeydə alınıb. Mövcud sürüşmə zonalarında aktivlik yaşanır.

Sürüşmə ərazidə iri yarğanların yaranmasına, bəzi nöqtələrdə isə torpaq uçqunlarına səbəb olub.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb.

Torpaq axını yuxarından aşağı doğru hərəkət edərək, həmin ərazidəki yaşayış evlərinin üzərinə tökülüb. Sakinlər tərəfindən torpaq yığını təmizlənsə də, təkrar yaşanan uçqun aparılan işə mane olur.

Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 18 sürüşmədən böyük zərər görüb. Sürüşmə nəticəsində Rahib Babayevə məxsus birmərtəbəli, dörd otaqlı evin iki otağında böyük dağıntılar qeydə alınıb.

Bundan başqa, həmin ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdə çatlar genişlənib. Artıq iki evin sakinləri təhlükə səbəbindən evlərini tərk ediblər.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi ilə əlaqədar lazımi qurumlara məlumat verilsə də, problem öz həllini tapmayıb./AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti