Xəzər Xəbər

Keçmiş arvadını küçədə öldürdü: Cinsi əlaqəyə girmədiyinə görə!

Hadisə | 16:23 • 8 Oktyabr 2018
Keçmiş arvadını küçədə öldürdü:
Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı qətlin motivi məlum olub.

Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.

Elə bu səbəbdən də qadın Xətai Rayon Prokuroluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib.

Faktla bağlı Suraxanı Rayon Prokuroluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. (ölkə.az)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti