Xəzər Xəbər

Azərbaycanda ŞOK OLAY: 19 yaşlı qızı 1 həftə qabaq evdən qaçdı, sonra...

Hadisə | 16:07 • 8 Oktyabr 2018
Azərbaycanda ŞOK OLAY:

Dünən Kürdəmir rayonu ərazisində Mil-Muğan-Şirvan su kollektorunda meyiti tapılan 19 yaşlı Həsənova Mətanət Yaşar qızı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Zərdab rayonu Şahüseynli kənd sakini olan gənc qızın 1 həftə əvvəl evdən çıxdığı və itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb. Belə ki, Mətanət Həsənovanın əmisi Qabil Həsənov bir müddət əvvəl onunla eyni ünvanda yaşayan qardaşı qızının itkin düşməsi ilə bağlı polisə məlumat veribmiş. Lakin geridə qalan bir həftə ərzində qızın axtarışları nəticə verməyib. Nəhayət, oktyabrın 7-də Kürdəmirdə Ərşəli-Axtaçı yolunun kənarında balıq tutan şəxs kanalın Girdiman çayının altından keçən hissəsinə ilişmiş meyiti görərək dərhal aidiyyəti qurumlara xəbər verib. Hadisə yerinə gələn dalğıclar meyiti çıxararaq aidiyyəti üzrə təhvil verib. Meyiti tanımaq üçün dəvət edilən qızın əmisi Qabil Həsənov onu paltarından tanıyıb və evdən çıxdığı geyimdə olduğunu deyib.

Bildirilir ki, 19 yaşlı Mətanət elə evdən qaçdığı gün axşam saatlarında özünü Şor kanal kimi tanınan kollektora ataraq həyatına son qoyub. Suyun axarı onu təxminən 30 kilometr gətirərək həmin əraziyə çıxardıb.

İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Gənc qızın hansı səbəbdən evdən qaçması və həyatına son qoyması hələlik tam dəqiqləşməyib./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti