Xəzər Xəbər

Bakıda 2 nəfər maşının altında qalıb öldü

Hadisə | 14:47 • 8 Oktyabr 2018
Bakıda 2 nəfər maşının altında qalıb öldü

Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Quliyev idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Araz Heydərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa oktyabrın 7-də saat 3 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Pərvin Səmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti