Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ: 10 günlük körpəni 350 manata satdı

Hadisə | 11:43 • 5 Oktyabr 2018
Azərbaycanda ŞOK HADİSƏ:

Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.

2 ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb.

Fakt üzrə araşdırma davam etdirilir. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti