Xəzər Xəbər

Qanunsuz ov edən şəxs cərimələndi

Hadisə | 09:55 • 5 Oktyabr 2018
Qanunsuz ov edən şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.


Nazirliyin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.


Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada 1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.

Xəbər lenti