Xəzər Xəbər

Tovuzda yeznəsini benzin töküb yandıran kişi tutuldu

Hadisə | 09:11 • 5 Oktyabr 2018
Tovuzda yeznəsini benzin töküb yandıran kişi tutuldu
Tovuzda yeznəsini benzin töküb yandıran şəxs saxlanılıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.


Bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəcəsində hadisəni törədən Ələkbərov Vüqar İman oğlu saxlanılaraq Tovuz rayon Prokurorluğuna təhvil verilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saat 1 radələrində rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, Ələkbərov Vüqar İman oğlu bacısının əri, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurub.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. Gecə saat 1 radələrində V.Ələkbərov E.Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu bildirib. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb.

Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

Xəbər lenti