Xəzər Xəbər

Nazirlik şikayəti yerində araşdırdı

Hadisə | 11:51 • 4 Oktyabr 2018
Nazirlik şikayəti yerində araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ rayonu Dizaxlı kəndindəki meşəlik ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı ağacların meşə fondu ərazisində deyil, rayonun Dizaxlı kənd sakinləri Şiraz Osmanov və Mehman Umarova məxsus həyətyanı sahələrdə kəsildiyi aşkar edilib.


Kənd sakinlərinin xüsusi mülkiyyətlərində olan həyətyanı sahələrə keçirilən baxış zamanı yaş köküstə 3 qoz və 2 qovaq ağacının kəsildiyi müəyyən olunub. Torpaq mülkiyyətçiləri ağacları maddi ehtiyaclarını ödəmək üçün kəsərək satdıqlarını etiraf ediblər.

Qeyd edək, ağac kəsintisi faktları olmasına baxmayaraq mövcud qanunvericiliyin tələbləri həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan vermir. "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi” və "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydalarının tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti