Xəzər Xəbər

92 cinayətdən 12-si “isti izlər”lə açılıb

Hadisə | 09:38 • 4 Oktyabr 2018
92 cinayətdən 12-si “isti izlər”lə açılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 92 cinayət faktı qeydə alınıb, onların da 12-i "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti