Xəzər Xəbər

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

Hadisə | 17:29 • 3 Oktyabr 2018
Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü -

Xəbər verdiyimiz kimi, Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BAKU.WS xəbər verir ki, ölənlərdən biri "Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımovdur.


Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. "Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.


Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib. Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Xəbər lenti