Xəzər Xəbər

8-ci kilometr bazarında yoxa çıxan 4 yaşlı qız Mərdəkandan tapıldı

Hadisə | 15:17 • 3 Oktyabr 2018
8-ci kilometr bazarında yoxa çıxan 4 yaşlı qız Mərdəkandan tapıldı

Dünən axşam saatlarında Nizami rayonu Naxçıvanski küçəsində yerləşən və "8-ci kilometr bazarı” adı ilə tanınan ticarət mərkəzində itkin düşən 2014-cü il təvıllüdlü Muxtarova Maral Fuad qızı tapılıb.

Ərazi üzrə 24-cü Polis Bölməsindən Publika.az-a bildirilib ki, azyaşlı Mərdəkan qəsəbəsi ərazisində polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

4 yaşlı qızın kimin tərəfindən, hansı məqsədlə və hansı şəraitdə Mərdəkana aparılması, gecəni harada keçirməsi araşdırılır.

*****

Bakıdakı bazarların birində azyaşlı qız itkin düşüb.

Publika.az xəbər verir ki, polisə müraciət edən Qaraçuxur qəsəbəsi Şərifov küçəsində yaşayan Muxtarov Fuad Muxtar oğlu dünən Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarında 4 yaşlı qızı Maralın itkin düşdüyünü bildirib. O, qızını saat 19 radələrində - havanın qaraldığı vaxt itirdiyini əlavə edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti