Xəzər Xəbər

Novxanıda avtomobil 2 piyadanı vuraraq öldürüb

Hadisə | 13:58 • 3 Oktyabr 2018
Novxanıda avtomobil 2 piyadanı vuraraq öldürüb

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.


Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar