Xəzər Xəbər

Yolu qaçaraq keçmək istədi, amma...

Hadisə | 14:28 • 30 Sentyabr 2018
Yolu qaçaraq keçmək istədi, amma...

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində yolu qaçaraq keçərkən "RAV4" markalı "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

Xəbər lenti